II Elizabet

II Elizabet
ing. Elizabeth II
Tuvalu monarxı[d]
1 oktyabr 1978 – 8 sentyabr 2022
SonrakıIII Çarlz
Böyük Britaniya monarxı[d]
6 fevral 1952 – 8 sentyabr 2022
ƏvvəlkiVI Georq
SonrakıIII Çarlz
6 fevral 1952 – 8 sentyabr 2022
SonrakıIII Çarlz
Şəxsi məlumatlar
Doğum adı Elizabeth Alexandra Mary Windsor[6]
Doğum tarixi 21 aprel 1926(1926-04-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 sentyabr 2022(2022-09-08)[3][4] (96 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qocalıq[d][4][7]
Sülalə Vindzorlar sülaləsi[6]
Atası VI Georq[6][8]
Anası Yelizaveta Bouz-Layon[6][8]
Həyat yoldaşı
Uşaqları
Hərbi xidmət
Qoşun növü Köməkçi ərazi korpusu[d][9]

Təltifləri Bant ordeni Order of the Crown of India Defence Medal War Medal 1939–1945 Darjah Utama Temasek Maltanın "Xidmətlərə görə" ordeni Order of the Tribute to the Republic Order of Boyacá Order of the Gold Lion of the House of Nassau Grand Star of the Decoration for Services to the Republic of Austria "III Karlos" ordeninin böyük xaçı Order of Charles III "Qızıl runo" ordeni Knight of the Order of the Golden Fleece Order of the Redeemer Knight Grand Cross in the Order of the Netherlands Lion Order of the Golden Heart of Kenya Order of the Star of Ghana "Fəxri legion" ordeninin Böyük xaçı Royal Family Order of George VI King George VI Coronation Medal Grand Cross of the Order of the Southern Cross Member of the Order of Canada Collar of the Supreme Order of the Chrysanthemum Grand Cross Special Class of the Order of Merit of the Federal Republic of Germany Grand Cross with Collar of the Order of the Falcon Collar of the Order of the Cross of Terra Mariana Knight Grand Cross with Collar of the Order of Saint Olav‎ Order of the Three Stars, 1st Class 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni Order of Freedom of the Republic of Slovenia Decoration for Exceptional Merits
Collar of the Order of the Star of Romania
Kral Tomislavın Böyük Ordeni Star of the Republic of Indonesia Hungarian Order of Merit Grand Cordon of the Order of Leopold Grand Cross with Collar of the Order of the White Rose of Finland Serafimlər ordeni Fil ordeni "Ağ qartal" ordeni Grand Cross of the Order of Merit of the Republic of Poland Grand Cross with collar of the Order of Vytautas the Great Knight Grand Cross with Collar of the Order of Merit of the Italian Republic "Dövlət nişanı" ordeni Grand Collar of the Military Order of Saint James of the Sword Grand Collar of the Military Order of the Tower and Sword Order of the Nile Order of the Virtues Order of the Supreme Sun Order of the Royal House of Chakri Order of Solomon Order of the Seal of Solomon Star of the Socialist Republic of Romania Order of the Equatorial Star National Order of the Ivory Coast Order of Valour Order of the Pioneers of Liberia Order of the Star of Africa Order of Idris I Order of the Niger Grand Cross of the National Order of the Lion Grand Collar of the Order of Good Hope Collar of the Order of Merit Order of Merit for Distinguished Services Order of Sālote Tupou III Order of Manuel Amador Guerrero Order of al-Hussein bin Ali Order of the Star of Jordan Order of Mubarak the Great Order of Kuwait Order of the Crown of the Realm Oman ordeni Order of Independence "Kral Əbdüləziz" ordeni Grand Cross of the National Order of Mali Order of the Crown of Brunei Order of Independence Order of the Republic Grand Cordon of the National Order of the Leopard Order of the Yugoslavian Great Star Grand Order of Mugunghwa Order of the Republic of The Gambia Order of Ojaswi Rajanya Grand Cross of the Sash of the Three Orders Order of the Aztec Eagle
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kraliça II Elizabet (bəzi Azərbaycandilli mənbələrdə II Yelizaveta[10]) və ya Elizabet Aleksandra Mariya Vindzor (ing. Queen Elizabeth II, Elizabeth Alexandra Mary Windsor; 21 aprel 1926[1][2][…], Meyfer[d], Böyük London[6]8 sentyabr 2022[3][4], Balmoral qalası[d], Aberdinşir[d][3][4]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 14 dövlətin kraliçası (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka). Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu. 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib.

Elizabet York hersoqu, gələcək Böyük Britaniya kralı VI Georqun (1895–1952) və ledi Elizabet Bouz-Layonun (1900–2002) böyük qızıdır. Onun baba və nənələri: ata tərəfdən Böyük Britaniya kralı V Georq (1865–1936) və kraliça Mariya Tek (1867–1953), ana tərəfədən Stratmor qrafı Klod Corc Bouz-Layon (1855–1944) və Sesiliya Bouz-Layondur (1883–1961). Əmisi VIII Eduard hakimiyyət iddiasından rəsmi əl çəkəndən və atası 1936-cı ilin dekabrında taxt-taca sahib olandan sonra 10 yaşlı Elizabet vəliəhd olur və valideynləri ilə birlikdə Kensinqtondan Bukingem sarayına köçür. Gələcək kraliça xoş əfval-ruhiyyəli atmosferdə böyüyüb. O, ailə şəraitində mükəmməl şəxsi təhsil alıb. Uşaqlıqdan hər şeylə maraqlanıb. Ən çox atlara maraq göstərib, bu maraq indi də qalmaqdadır.

İkinci dünya müharibəsində o könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki, kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi. 1947-ci ildə isə Elizabet Böyük Britaniya müstəmləkələrinə ilk səfərini edir. 13 yaşında Elizabet Dortmut hərbi-dəniz məktəbinin kadeti, kraliça Viktoriyanın kötücəsi, şahzadə Andrey Qreçeskinin oğlu Filip Mauntbettenlə tanış olur. 1947-ci ildə onunla ailə həyatı qurur və Filip Edinburq hersoqu titulunu alır. Onların dörd övladı vardır: şahzadə Çarlz, şahzadə Anna, şahzadə Endrü və şahzadə Eduard.

1949-ci ildə atası VI Georq yeni yaradılan Millətlər Birliyinin ilk sədri olur və ora daxil olan ölkələrin konstitusiyalı monarxı hesab edilir. Birlik Böyük Britaniyanın keçmiş müstəmləkərindən təşkil edilir və yeni müstəqil dövlətlərin azad ittifaqı elan olunur. Birliyə o dövrdə aşağıdakı dövlətlər daxil idi: Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika İttifaqı, PakistanSeylon. 6 fevral 1952-ci ildə Elizabet həyat yoldaşı ilə Keniyada olarkən, atası vəfat edir və o kraliça elan edilir. 1953-ci ildə o rəsmi şəkildə taxt-taca sahib olur və mərasim tarixdə birinci dəfə televiziya ilə translyasiya olunur. O eyni zamanda atasının yerinə Millətlər Birliyinin də sədri seçilir. Özünün 58 illik hakimiyyəti dövründə o müstəqillik qazandıqca Millətlər Birliyinə daxil olan 25 ölkənin dövlət başçısı olub. 1956-cı ildən 1992-ci ilədək onun başçısı olduğu dövlətlərin təqribən yarısı Birlik üzvü kimi qalsalar da respublika üsul-idarəsini seçdilər (məsələn, Cənubi Afrika, Pakistan, Şri-Lanka).

Kraliça Elizabet ancaq dövlət başçısı kimi təmsilçilik rolu oynasa da, öz şəxsi nüfuzu ilə ölkənin siyasətinə müəyyən qədər təsir edə bilir. Hakimiyyətinin ilk illərində hakim partiyada qəbul edilən lider olmayanda o baş nazirin kimliyi məsələsində də rol oynayırdı. Kraliça bütün baş nazirlərlə diplomatik münasibətlər saxlayır. Bununla belə, Marqaret Tetçerin hakimiyyəti dövründə onunla bir qədər gərgin münasibətləri var idi. Ona Tetçerin müəyyən qədər "kralsayağı" idarəetməsi xoş gəlmirdi. Onlar arasında hökumətin Cənubi Afrika Respublikasının o dövrdəki aparteid siyasətini müdafiə etməsi məsələsində fikir ayrılığı var idi. II Elizabet hesab edirdi ki, Tetçerin CAR rəhbərliyini müdafiə etməsi Böyük Britaniyanın bu siyasəti bəyənməyən Afrika ölkələrinə təsirini azalda bilər. Bütün bunlara baxmayaraq o həmişə siyasi çəkişmələrdən kənarda qalmağa üstünlük verir. 1992-ci il II Elizabet üçün ağır il oldu. Kraliçanın ailəsinin nüfuzuna şahzadə Çarlzın, şahzadə Annanın və şahzadə Endrünün ailələrindəki söz-söhbət və hər üçünün boşanma prosesləri ciddi təsir etdi. Həmçinin, böyük yanğın Vindzor sarayının bir hissəsini məhv etdi. Onun şahzadə Diananın 1997-ci ilin avqustunda faciəli ölümünə sakit yanaşması və beş gün milli matəm günlərində kral ailəsinin saraydan kənara çıxmaması britaniyalıların əksəriyyətinin xoşuna gəlmədi. Ailə ictimaiyyət qarşısına Diananın dəfnindən bir gün əvvəl çıxdı, ancaq bununla belə Britaniya mətbuatının kəskin tənqidinə məruz qaldı.

Buna baxmayaraq, Elizabetin ictimai rəydə nüfuzu yenə də böyükdür. Onun taxta çıxmasının gümüş və qızıl yubileyləri 1977-ci və 2002-ci illərdə həm Böyük Britaniyada, həm də dünyada təntənə ilə qeyd edilmişdir. Hal-hazırda onun 2012-ci ildəki 60 illik yubileyinə ciddi hazırlıq gedir. Onun aprel ayında anadan olmasına baxmayaraq ənənəyə uyğun olaraq geniş keçirilməsi üçün ilin yaxşı hava olan dövründə, iyun ayının üçüncü şənbə günü qeyd edilir.[11]

  1. 1 2 Елизавета II // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1972. Т. 9 : Евклид — Ибсен. С. 78.
  2. 1 2 Elisabeth II. // filmportal.de. 2005.
  3. 1 2 3 4 Queen Elizabeth II has died, Buckingham Palace announces (ing.). // BBC News Online BBC, 2022.
  4. 1 2 3 4 5 Queen's cause of death given as 'old age' on death certificate (ing.). // BBC News Online BBC, 2022.
  5. 1 2 3 4 5 6 7 8 Elizabeth 2. (бук.). 1978. ISSN 2464-1480
  6. 1 2 3 4 5 6 7 Queen's birthday: Queen Elizabeth II's life in 92 facts. BBC (brit. ing.). 2018.
  7. ölüm haqqında şəhadətnamə.
  8. 1 2 3 Kindred Britain.
  9. Top four things you never knew about the Queen. BBC (brit. ing.). 2015.
  10. Австралија Иттифагы. Дөвләт гурулушу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 52.
  11. "Arxivlənmiş surət". 2011-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-15.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search